Fuad Oqtay Rumıniyada görüşlәr keçirib

Fuad Oqtay Rumıniyanın paytaxtı Buxarestdә  keçirilәn dördtәrәfli zirvә görüşündә  ‘‘şәrәf qonağı’’ qismindә iştirak edir.

1173845
Fuad Oqtay Rumıniyada görüşlәr keçirib

 

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay Rumıniyada keçirilәn dördtәrәfli zirvә görüşü ilә bağlı bәyanatlar verib.

Fuad Oqtay Rumıniyanın paytaxtı Buxarestdә  keçirilәn dördtәrәfli zirvә görüşündә  ‘‘şәrәf qonağı’’ qismindә iştirak edir.

Mәlumata әsasәn, zirvә görüşü Rumıniya-Serbiya, Bolqarıstan vә Yunanıstan arasında keçirilib.

Türkiyә prezidentinin kömәkçisi zirvә görüşü çәrçivәsindә Rumıniya Baş naziri Viorika Dansila, Serbiya prezidenti Aleksandr Vuciç, Yunanıstan Baş naziri Aleksis Çipras vә Bolqarıstan Baş naziri Boyko Borisovla görüşüb.

Oqtay görüşlәrdә  Türkiyәnin bölgәdәki ölkәlәrlә olan  tarixi vә mәdәni әlaqәlәri ilә birgә iqtisadi maraqlarına işarә edib.

‘‘Geniş coğrafiyanın sabitliyinә töhfә verә bilәcәk potensiala malik olan vә bunu tәmin edәn Türkiyә üçün Balkan ölkәlәri  dә çox әhәmiyyәtlidir. Soydaşlarımızın yerlәşdiyi bu bölgә ilә sıx münasibәtlәrimizi qoruyub saxlamalıyıq. Balkan ölkәlәrindә uzunmüddәtli sülh vә әmәkdaşlıq mühitinin yaradılması Türkiyәni yaxından maraqlandırır’’,-deyә Fuad Oqtay qeyd edib.

Oqtay  görüşlərdə Türkiyənin Avropa İttifaqından  gözləntiləri, Balkan ölkәlәrindә  regional əməkdaşlıq məsələləri, enerji, miqrasiya vә İslamofobiya kimi mövzuların  müzakirə olunduğunu bildirib.

Mәlumata Rumıniya Baş naziri Viorika Dansila ilә keçirilәn görüşdә Türkiyәnin Avropa ittifaqına tam hüquqlu üzvlük prosesinin müzakirә olunduğu vurğulanıb.

Viorika Dansila Buxarestdә Aİ-Türkiyә zirvәsinin keçirilmәsi üçün Türkiyәnin yanında olduğunu ifadә edib.

Türkiyә prezidentinin kömәkçisi  ilә Rumıniya Baş naziri hәmçinin sәhiyyә turizmi mәsәlәsi әtrafında da fikir mübadilәsi aparıblar.

Görüşdә Türkiyәdәki xәstәxana konsepsiyasının Türk şirkәtlәri tәrәfindәn Rumıniyada hәyata keçirilә bilәcәyi mәsәlәsinә dә toxunulub.

Qeyd edәk ki, tәrәflәr Türkiyә-Rumıniya birgә iqtisadi komissiyasının iclasının bu il keçirilmәsi mövzusunda razılıq әldә ediblәr.



Әlaqәli Xәbәrlәr