Türkiyə göstərdikləri həssaslığa görə Yeni Zelandiyaya təşəkkür etdi

“Twitter”dən münasibət bildirən Çavuşoğlu deyib...

1169159
Türkiyə göstərdikləri həssaslığa görə Yeni Zelandiyaya təşəkkür etdi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yeni Zelandiyada keçən həftə müsəlmanlara qarşı törədilən terror hücumundan sonra göstərdikləri həssaslığa görə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern (Jacinda Ardern) ilə Baş nazir köməkçisi və xarici işlər naziri Uinston Pitersə (Winston Peters) təşəkkür etdi. “Twitter”dən münasibət bildirən Çavuşoğlu deyib: "Yeni Zelandiyanın Baş naziri Casinda Ardern və İslam Əməkdaşlıq Təşkilatı Toplantısına qatılan Baş nazir köməkçisi və xarici işlər naziri Uinston Pitersə Kraystçerç (Christchurch) hücumlarının ilk günündən hadisələri terror adlandırdığı və müsəlmanlara qarşı həssaslıq nümayiş etdirdiyi üçün təşəkkürümüzü bildiririk. Yeni Zelandiya ilə həmrəyik."

  Xatırladaq ki, Yeni Zelandiyanın Baş nazir köməkçisi və xarici işlər naziri Piters martın 21-də İstanbulda təşkil edilən "Yeni Zelandiyada iki məscidə terror hücumu və müsəlmanlara qarşı nifrət və dözümsüzlüklə mübarizə” mövzusunda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri səviyyəsində açıq tərkibli Fövqəladə İcra Komitəsi Yığıncağında iştirak etmişdi.

  Kraysçtçerçdəki terror hücumunda 51 adam həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr