"Terorrun dini, dili, irqi,coğrafiyası yoxdur", F.Oqtay

Prezident müavini Fuad Oqtay terorrun dini, dili, irqi, coğrafiyası olmadığını söyləyərək, terora qarşı hər kəsi birgə addım atmağa çağırdı.

1165381
"Terorrun dini, dili, irqi,coğrafiyası yoxdur", F.Oqtay

Prezident müavini Fuad Oqtay terorrun dini, dili, irqi, coğrafiyası olmadığını söyləyərək, terora qarşı hər kəsi birgə addım atmağa çağırdı.

Fuad Oqtay Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Yeni Zelandiyada terror aktının həyata keçirildiyi Əl Nur məscidini ziyarət etdi.

Terror hücumunun hayata keçirildiyi məscidin önünə qərənfil qoyan Oqtay və Çavuşoğlu burada şəhid olanlar üçün dua etdilər.

Prezident müavini jurnalistlərə açıqlamasında deyib: “Terorrun dini, dili, irqi, coğrafiyası yoxdur. Bu terrorçuya indi terrorçu dəmək istəməyənlər üçün xüsusilə demək istəyirəm. Bu silah adı müsəlman olan birinin əlində olsaydı dünyada qopan fırtınanı düşünə bilməzsiniz. Bütün dünyaya bunu bir daha söyləmək istəyirik. Terror hər yeri və hər kəsi vura biləcək bir bəladır. Münasibətilə bu bəlaya qarşı ortaq şəkildə, ortaq dildən istifadə etmək böyük əhəmiyyət kəsb edir.”

Artan İslam düşmənçiliyinə diqqət çəkən Xarici İşlər naziri Mövlud Çavuşoğlu da açıqlamasında bildirdi ki, bütün bu mövzuları müzakirə etmək üçün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər (İƏT) Nazirlərinin  iclası keçiriləcək. Cümə günü keçiriləcək iclasda qəbul etdiyimiz qərarları təqib ədəcək bir komissiya da qurulacaq.

Prezident müavini Fuad Oqtay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kristçörçdə yaşayan Türkiyə vətəndaşları ilə də naharda bir araya gəlib.

Oqtay buradaki Türklərə Prezident Ərdoğanın salamlarını və keçmiş olsun diləklərini çatdırıb və Türkiyənin dəstəyini vurğulayıb.

Türkiyə heyəti xəstəxanada aralarında üç vətəndaşımızın da olduğu yaralılara  baş çekib.

Heyət Kristçörç bələdiyyəsinin sədri və Yeni Zelandiyanın ümumi valisi Reddy ilə də bir araya gəlib.

Xatırladaq kı Yeni Zelandiyanın Kristçörç şəhərində cümə namazı zamanı iki məscidə edilən terror hücumunda 50 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr