Fuad Oqtay və Mövlud Çavuşoğlu Yeni Zelandiyada

Təyyarə Kraystçerç (Christchurch) şəhərinə təxminən 19 yarım saat davam edən fasiləsiz bir uçuş etdi. Bu uçuş dünya mülki aviasiya tarixində ən uzun səfər oldu.

1164982
Fuad Oqtay və Mövlud Çavuşoğlu Yeni Zelandiyada
oktay-cavusoglu2.jpg
oktay-cavusoglu1.jpg

  İki məscidə terror hücumundan sonra Türkiyənin vitse-prezidenti Fuad Oqtay və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən - martın 16-da Yeni Zelandiyaya getdilər və hücumun baş verdiyi yerə çatdılar.

  Terror hücumu nəticəsində 50 adamın həyatını itirdiyi Yeni Zelandiyaya İstanbuldan uçan, heyət, Fuad Oqtay və Mövlud Çavuşoğlunun mindiyi təyyarədə hücumda yaralanan Zekeriya Tuyanın atası və qardaşı da var idi.

  Təyyarə Kraystçerç (Christchurch) şəhərinə təxminən 19 yarım saat davam edən fasiləsiz bir uçuş etdi. Bu uçuş dünya mülki aviasiya tarixində ən uzun səfər oldu.

  Türkiyənin Yeni Zelandiya üzrə səfiri Ahmet Ergin tərəfindən Christchurch (Kraystçerç) Hava limanında qarşılanan Türkiyə rəsmiləri bu gün hücumun törədildiyi bölgədə olacaqlar. Sonra yaralılara baş çəkəcək, müsəlman cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.

  Yeni Zelandiyanın Baş naziri Casinde Ardern (Jacinda Ardern) təşkil edilən mətbuat konfransında Türkiyədən heyətin gəlməsindən məmnuniyyət duyduqlarını bu sözlərlə ifadə edib: “Türkiyədən gələn heyət müsəlmanlara dəstək üçün gəlir. Əksəriyyəti müsəlman olan bu ölkəni gözləyirdik.''



Әlaqәli Xәbәrlәr