Ömər Çelik:"AP ifrat sağın dar pəncərəsindən dünyaya baxır"

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Türkiyə ilə müzakirələrin təxirə salınmasını təklif edən hesabatın Avropa Parlamentində qəbul edilməsini sərt sözlərlə tənqid etdi.

1163081
Ömər Çelik:"AP ifrat sağın dar pəncərəsindən dünyaya baxır"

 

Avropa Parlamentinin qalmaqallı qərarına Türkiyədən reaksiyalar səngimir

 Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Türkiyə ilə müzakirələrin təxirə salınmasını təklif edən hesabatın Avropa Parlamentində qəbul edilməsini sərt sözlərlə tənqid etdi.
 
 Ömər Çelik: "Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınmasını təklif edən Türkiyə Hesabatını qəbul edib. Bu, bizim üçün dəyərsiz, heç bir hökmü olmayan, etibarsız bir qərardır" dedi.
 
Çelik sosial media hesabı vasitəsilə verdiyi açıqlamada: " Bu etibarsız qərar Avropa Parlamentinin artıq ifrat sağın ideoloji nəzarətinə keçdiyinin elan edilməsidir. Avropa Parlamenti demokratik inkişafa açıq və dəstəkləyici qərarlar qəbul etməkdən uzaqlaşdı. İfrat sağın dar pəncərəsindən baxır dünyaya" dedi.
 
 "Türkiyə hesabatını hazırlayan şəxsin (məruzəçi Kati Piri) demokratiyadan çox terroru dəstəkləyənlərlə yaxınlığı hər kəsə  məlumdur" deyən sözçü: "Salonlarında separatçı terror təşkilatı PKK-nın sərgiləri açılan Avropa Parlamenti hansı üzlə demokratiyamızı məhkum etməyə cəhd göstərir" ifadələrini  işlətdi.



Әlaqәli Xәbәrlәr