Ömər Çelik: "Diktator" ifadəsi Netanyahunun özünü səciyyələndirir"

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik İsrail Baş naziri Binyamin Netanyahunun prezident Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi ifadələrə sərt reaksiya göstərdi.

1162773
Ömər Çelik: "Diktator" ifadəsi Netanyahunun özünü səciyyələndirir"

Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik İsrail Baş naziri Binyamin Netanyahunun prezident Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi ifadələrə sərt reaksiya göstərdi.
 
Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik partiyasının mərkəzində təşkil etdiyi mətbuat konfransında prezident Ərdoğanın ünvanına  "diktator" ifadəsini işlədən Netanyahuya cavab olaraq: "Diktator" ifadəsi Netanyahunun özünü səciyyələndirir" dedi.
 
" Netanyahu kimi bir şəxsin hər hansı birinə demokrat deməsi, və ya ondan tərif dolu sözlərlə bəhs etməsi belə şübhələnməyə  əsas verir" deyə qeyd edən sözçü: "Netanyahunun prezident Ərdoğana "diktator" deməsinin sətiraltı mənasını anlamaq lazımdır. Demək ki, cənab prezidentimiz Netanyahu tərəfindən diktator kimi cəyiyyələndirilirsə, həqiqi bir diktator tərəfindən "diktator" kimi göstərilirsə, o zaman bu aydın olar. Ərdoğanın seçkilərlə vəzifə başına gəlmə demokratiyasından Netanyahu narahatdır. Fələstinli məzlumlara sahib çıxmasından narahatdır" ifadələrini işlətdi.
 
 Netanyahunun yaxın zamanda bəşər tarixinə düşəcək ən irqçi bəyanatlardan birini verdiyini vurğulayan Ömər Çelik: "Deyir ki, İsrail İsraildə yaşayan bütün vətəndaşların deyil, yalnız yəhudilərin milli dövlətidir. Baxın, orada yəhudi olmayan İsrail vətəndaşları da var. Öz vətəndaşlarını açıq bir şəkildə birinci sınıf vatandaşı və ikinci sinif vətəndaşı kimi təsnif edir. Bu, tarixdə bunu edən kimləri yada salır? İctimaiyyətinin təqdirinə buraxıram". dedi.



Әlaqәli Xәbәrlәr