Hulusi Akar Ceyms Cefri ilə görüşdü

Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Cefri ilə Ankarada görüşdü.

1157681
Hulusi Akar Ceyms Cefri ilə görüşdü

Akar və Cefri (Jeffrey) arasında baş tutan görüşdə Münbiç və Fərat çayının şərq əraziləri başda olmaqla Suriyada cərəyan edən proseslər müzakirə edildi.

Akar Türkiyənin ABŞ ilə birgə hazırlanan Münbiç Yol xəritəsinin təcili həyata keçirilməsi gözləntisini səsləndirib. Suriyanın ərazi bütövlüyünün bərpasını, Fərat Çayının şərqində yaradılacaq etibarlı zona, PKK / YPG terror təşkilatından təmizlənən ərazilərdə təhlükəsizliyinə nəzarətin Türkiyəyə tapşırılmasının lazım gəldiyini  qeyd  edib.

Türkiyənin sərhədləri və bölgədə yaşayan vətəndaşların təhlükəsizliyinə üstünlük əhəmiyyətini  vurğulayan Akar: “Türkiyə bölgədə DEAŞ və PKK / YPG kimi terror təşkilatlarına qarşı mübarizə edir. Kürd-ərəb qardaşlarımız və digər etnik / dini qruplarla heç bir problemimiz yoxdur”- deyə Müdafiə naziri Akar bildirib.



Әlaqәli Xәbәrlәr