“Suriya məsələsinə siyasi həll tapmağa çalışırıq”

Suriyada vəziyyətin normallaşmasına töhfə verəcək siyasi həll yoluna dair səylərimizi artırdıq. Xarici işlər naziri M. Çavuşoğlu bu barədə açıqlama verib.

1157330
“Suriya məsələsinə siyasi  həll tapmağa çalışırıq”

M.Çavuşoğlu bələdiyyə seçkiləri kampaniyası çərçivəsində Ağrı vilayətində xalqa müraciət edib. Suriyadakı problemə həll yolu tapmağa çalışdıqlarını ifadə edən Çavuşoğlu: "Biz bütün qonşularımızın xeyri və mənfəətlərinin qorunması uğurunda səy göstəririk. Suriyada atəşkəs bərpa edildikdən sonra problemə siyasi həll yolu tapmağa çalışırıq. Konstitusiya komissiyası ilə birlikdə yeni addımlar atacayıq. Türkiyə olaraq Suriyanın ərazi və sərhəd bütövlüyünə üstünlük veririk”.

Suriyada terrora qarşı mübarizənin davam etdiyinə diqqət çəkən Çavuşoğlu, bu ölkədə təhlükəsizliyin bərpa olacağına inandığını, terroristlər timizlindikdin sonra bölgə ilə ticarətin aratacağını vurğulayıb.

Türkiyədəki Suriyalı miqrantların daha ölkələrinə qayıtmağa başladıqlarını ifadə edən Xarici işlər naziri, “Fərat qalxanı” və “Zeytun Budağı” əməliyyatlarıyla terroristlərdən təmizlənən bölgələrə  bu günə dək 300 min qədər Suriyalının qayıtdığını  bir çoxunun da qayıtmaq istədiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr