“Terror əsrimizin ən təhlükəli vəba epidemiyasıdır”

“Terror əsrimizin ən təhlükəli vəba epidemiyasıdır”. Bunu Çad Respublikasının prezidenti İdris Debi Into deyib.

1154135
“Terror əsrimizin ən təhlükəli vəba epidemiyasıdır”

İdris Debi Into Ankaraya reeallaşdırdığı rəsmi səfər çərçivəsində prezident Rəcəb Tayyıb Ərdoğan ilə bir araya gəlib. İki həmkar arasında baş tutan danışıqlardan sonra birgə mətbuat konfransı təşkil edilib.

Qonaq dövlət başçısı İdris Debi Itno mətbuata açıqlamasında: “Terrorist olduqlarını bilmədiyimiz insanlarla razılaşmalar imzaladığımızı Türkiyənin yardımları sayəsində öyrəndik”.

Terrora qarşı mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğulayan Itno, Türkiyənin bu sahədədəki təcrübələrindən istifadə edərək əsrin vəbası hesab edilən terror bəlasınadan xilas olabiləcəklərini   inamının  tam  olduğunu  bildirib.

Türkiyə ilə ölkəsi arasında bir çox sahədə əməkdaşlığın irəli pillələrə qaldırılması istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini ifadə edən qonaq prezident: “Nazirlər və xüsusi sektor nümayəndələriylə gəldiyim Türkiyədə  səmərəli görüşlər keçirdim. Müdafiə, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan yeni razılaşmalar imzaladıq”-deyə   İtno  vurğulayıb. 



Әlaqәli Xәbәrlәr