Cümhuriyyət tarixində ilk dəfə olaraq ana vətəni əhatə edən üç dənizdə keçirilən hərbi təlim

Türkiyə Dəniz Qüvvələri Komandanlığı tərəfindən Cümhuriyyət tarixində ilk dəfə olaraq ana vətəni əhatə edən üç dənizdə 103 gəminin iştirakı ilə eyni anda həyata keçirilən “Mavi Vətən 2019 Təlimi” start götürdü.

1153184

Dəniz Qüvvələri Hərəkat sədri admiral Yankı Bağcıoğlu Gölcük rayonundakı Dəniz Hərb Mərkəzi Komandanlığında keçirilən məlumatlandırma yığıncağında etdiyi çıxışda “Mavi Vətən 2019 Təlimi”nin Qara dəniz, Əgə və Şərqi Aralıq dənizi olmaqla eyni anda 3 dənizdə ilk dəfə həyata keçiriləcək hərbi təlim olduğunu söylədi.

Admiral Bağcıoğlu “Mavi Vətən 2019 Təlimi”nin bu gün hərbi hissə və gəmilərin Qara dəniz Ərəğli, Umuryeri, Gölcük, Erdek, Çanaqqala, Foça, Aksaz və İskenderundan hərəkət etmələrilə başlayacağını bildirərək dedi: “2-5 mart tarixləri arasında Qara dəniz, Əgə və Aralıq dənizində beynəlxalq sərhədləri də əhatə edən bölgələrdə eyni anda böhran və hərb dövrü ssenarilərini ehtiva edən sərbəst taktika fəaliyyətləri icra ediləcək. 6-8 mart tarixlərində isə “Donanmamız xalqımızı qucaqlayır” teması ilə Trabzondan İskəndəruna qədər Qara dəniz, Əgə və Şərqi Aralıq dənizi sahillərini tamamilə əhatə edəcək şəkildə təlimdə iştirak edən 68 gəmi tərəfindən ölkə daxilindəki 33 limanda lövbər salınacaq”.

Әlaqәli Xәbәrlәr