Türkiyədən Yəmənə hümunitar yardım

Türkiyə, Yəmənin Aden şəhərində xərçəng xəstəliyindən əziyyət çəkənlərə və xeyriyə mərkəzinə hümanitar yardım göndərdi.

1151832
Türkiyədən Yəmənə hümunitar yardım

Aden şəhərindəki Türk Qırmızı aypara cəmiyyətinin qida yardımı, cəmiyyətin Yəmən üzrə məsul işçisi Mustafa Aydın və Yəmən hümanitar yardım Komitəsinin Ümumi Koordinatoru Camal Bilfakihin başçılığında paylandı.

Aydının sözlərinə görə Türkiyə Qırmızı Aypara cəmiyyətinin yardım fəaliyyətləri çərçivəsində bölgədə xərçəngdən əziyyət çəkən 200 xəstə ilə xeyriyə mərkəzinə 225 bağlamadan ibarət qida çatdırılıb.

Ölkədə vəziyyətin yaxşı olmadığına diqqət çəkən Aydın, xüsusilə xərçəng xəstələrinə və kimsisiz uşaqlara hər kəsdən daha çox yardım çatdırmağın vacibliyini vurğulayıb.

Bilfakih isə Türk Qırmızı Aypara cəmiyyətinin yardımlarını yüksək qiymətləndirərək: "Ölkənin müxtəlif bölgələrində ehtiyac sahiblərinə yardım çatdırmaq mövzusunda Türk Qırmızı Aypara Cəmiyyətiylə əməkdaşlığa üstünlük veririk. Yəməndə qarşıdurmaların nəticəsində yaranan böhranın yüngünləşdirilməsi üçün Türkiyədən rəsmi və qeyri- hökumət təşkilatları tərəfindən ölkə xalqına humanitar yardımlar çatdırılır.

 



Әlaqәli Xәbәrlәr