Ərdoğan Qış-2019 Müştərək Təlimlərinə qoşulan birliklərə səsləndi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qış-2019 Müştərək Təlimlərinin Seçilmiş Müşahidəçi Günündə iştirak edən Milli Müdafiə naziri Hulusi Akar ilə telefonla danışaraq, təlimlərin uğurlu keçməsi münasibətilə Türkiyə Silahlı Qüvvələrini təbrik etdi.

1150045
Ərdoğan Qış-2019 Müştərək Təlimlərinə qoşulan birliklərə səsləndi

 

 Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qüvvələri komandanı, ordu generalı Ümid Dündar, Dəniz Qüvvələri komandanı, admiral Adnan Özbal və Hava Qüvvələri komandanı Həsən Küçükakyüz ilə Kış-2019 Müştərək Təlimlərinin Seçilmiş Müşahidəçi Günündə  iştirak etdilər.
 
 Təlimlərin praktiki hissəsi bitdikdən sonra Akar iştirakçı ölkələrin nümayəndələrinə və birliklərinə səsləndi.
 
 Milli Müdafiə naziri müraciəti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla görüşdü. Ərdoğan bu zaman təlimə qatılan ölkələrin nümayəndələri və birliklərinə telefon vasitəsilə müraciət etdi.
 
 Qarsın qarla örtülmüş  Sarıqamış rayonundakı qış təlimlərinə qoşulan ölkələrin nümayəndələrini və Türkiyə Silahlı Qüvvələrinin birlliklərini salamlayan prezident Ərdoğan təlimlərin praktik hissəsinin uğurla başa çatmasına görə şad olduğunu bildirdi.
 
 Başda Milli Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər olamqla, komandirləri və Məhmədciyi təbrik edən Ərdoğan müvəffəqiyyətlə həyata keçirilən təlimləri Silahlı Qüvvələr üçün əhəmiyyətli bir mərhələ kimi səciyyələndirdi.
 
 Təlimlərə aid xəbərlərin televiziya kanallarında da yayımlandığını qeyd edən Ərdoğan qarla örtülmüş Sarıqamışdakı təlimin iştirakçı ölkələr arasında birliyi artıracağını ifadə etdi, bu təlimlərin Türkiyə Silahlı Qüvvələri və xaricdən gələn qonaqlar üçün əhəmiyyətli bir mərhələ olduğunu düşündüyünü söylədi.
 
 



Әlaqәli Xәbәrlәr