"Aralıq dənizində təktərəfli fəailiyyətlərə icazə verməyəcəyik"

Türkiyə, bir neçə gün ərzində Kiprin ətrafında 2 gəmiylə qazma işlərinə başlayacaq. Bu barədə Xarici işlər naziri M. Çavuşoğlu məlumat yayıb.

1149880
"Aralıq dənizində təktərəfli fəailiyyətlərə icazə verməyəcəyik"

Mövlud Çavuşoğlu, iş dünyası yığıncağında etdiyi çıxışında: " Egey dənizi, Şərqi Aralıq dənizi və Kipr ətrafındakı karbohidrogen zənginlikləri Türkiyə üçün strateji hədəf və milli mövzudur. Biz Kipr Türk xalqının və Türkiyənin haqqlarını həmişə qorumağa çalışdıq və bu səylərimiz davam edəcək. Qarşıdakı günlərdə Kiprin ətrafında iki gəmiylə qazma və təhqiqat işlərinə başlayacayıq. Keçmişdə seysmik araşdırmaları Barbaros Hayrəddin Paşa edirdi. İndi bir gəmimiz var və bu Alanya bölgəsində mart ayına qədər qazma işlərini davam etdirəcək. Buradakı işləri tamamlandıqdan sonra Kiprə gedəcək. Yeni bir gəmimiz isə Qara dənizə çatdıqdan sonra adanın ətrafına istiqamətləndiriləcək. Aralıq dənizində Türkiyəsiz heç bir fəaliyyətə icazə vermiyəcəyik”- deyə Çavuşoğlu deyib.

 



Әlaqәli Xәbәrlәr