Türkiyənin Ufuk ilk kəşfiyyat gəmisi dənizə çıxarıldı

Türkiyə prezidenti R.T.Ərdoğan: “Türkiyə gəmi sənayesində özündən söz açan bir mövqeyə gəlib-çıxıb”.

1141861
Türkiyənin Ufuk ilk kəşfiyyat gəmisi dənizə çıxarıldı

  Türkiyənin milli imkan və bacarıqları ilə istehsal edilən Ufuk ilk kəşfiyyat gəmisi dənizə çıxarıldı.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Tuzla limanında Ufuk (A-591) test və təlim gəmisinin dənizəçıxma mərasimində Türkiyə nəqliyyat sektorunun son 16 ildə gördüyü işlərə toxunaraq: “Türkiyə gəmi sənayesində özündən söz açan bir mövqeyə gəlib-çıxıb”, - dedi.

  Türkiyənin son 3 ildə DAEŞ və PKK başda olmaqla, vətəndaşların canına qəsd edən, ölkəni parçalamağa çalışan bütün terror təşkilatlarına qarşı böyük mücadilə verdiklərini və müvəffəqiyyətə imza atdıqlarını da vurğulayan R.T.Ərdoğan bunları da söylədi:

  “Dünyanın ən əli qanlı terrorçularına silah dəstəyi verənlər mücadiləni Türkiyə aparınca ağla, xəyala gəlməyəcək maneələr ortaya çıxarır. DAEŞ-dən PKK-ya, əl-Qaidədən əl-Şebaba qədər müsəlmanların qanını tökən bütün terror təşkilatlarının əlində qərb ölkələrinin məhvedici silahlarıdır. Suriyanın şimalında etnik təmizləmə aparan PYD, YPG qatillərinin də əlində Türkiyənin müttəfiqlərinin raketləri, bombaları və silah-sursatıdır.

  Belə bir mənzərə qarşısında Türkiyə əli-qolu bağlı vəziyyətdə gözləyə, öz milli təhlükəsizliyini başqa ölkələrə həvalə edə bilməz. Ona görə də biz bir dövlət olaraq həm qarşımızdakı bu maneələrdən, həm bölgəmizdə yaşananlardan, həm də tariximizdən dərs götürərək müdafiə sənayemizi gücləndirməkdə qərarlıyır."

  Qeyd edək ki, İstanbul sularında dənizə çıxarılan Ufuk gəmisi təxminən 8600 kilovat gücü ilə 18 düyün maksimum sürətə çata bilir və 10 tonluq vertolyot üçün göyərtəyə malikdir.

  Ağır iqlim şəraitində fasiləsiz 45 gün gələcək təhdidləri təsbit edəcək Ufuk korvet gəmisinin elektron, test və təlim sistemlərini ASELSAN təmin edir.



Әlaqәli Xәbәrlәr