Çavuşoğlu sutka ərzində keçirdiyi görüşlər haqqında məlumat yayıb

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyədə səfərdə olan Qətər İnkişaf Fondunun Müdiri Xəlifə Bin Casim əl-Kevarini qəbul etdi.

1138483
Çavuşoğlu sutka ərzində keçirdiyi görüşlər haqqında məlumat yayıb

Nazirlikdən yayılan məlumata görə görüş Xarici İşlər Nazirliyində baş tutdu.

Xarici işlər naziri Çavuşoğlu reallaşan görüşdən sonra sosial media hesabı Tvitterdan yaydığı açıqlamada: “Əl-Kevari ilə humanitar və inkişaf yardımı mövzularını müzakirə etdik”.

Türkiyə Jurnalistlər Konfederasiyası rəhbəri və Amerika Türk Şurası İdarə heyətinin başçısı ilə də ayrı-ayrı görüşən Xarici işlər naziri həmin görüş ilə bağlı yaydığı açıqlamada isə vurğulayıb ki: “Danışıqlar zamanı ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlıq mövzusuna dair fikir mübadiləsi etdik.”

BMT Mədəniyyətlər İttifaqının Yüksək Temsilcisi Miguel Moratinos ilə də görüşən Çavuşoğlu, bu barədə də : “Moratinos ilə prosesə yenidən fəallıq qazandırılması məsələsini müzakirə etdik”.

 



Әlaqәli Xәbәrlәr