“Fərat Çayının şərq ərazilərini terrordan təmizləyəcəyik”

Suriyada Fərat Çayının şərq ərazilərini terrordan təmizləyərək əmin-amanlığı bərpa edəcəyik: prezident Rəcəb Tayyib Ərdoğan

1134440
“Fərat Çayının şərq ərazilərini terrordan təmizləyəcəyik”

 prezident Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Qırmızı Aypara cəmiyyəti və Qızılxaç komitəsi milli dərnəkləri quruluşunun İstanbulda keçirilən yığıncağında  çıxış  edib.

İslam dünyasının ümumilikdə öz ərazilərində cərəyan edən böhranlara qarşı təsirli mübarizə aparmadıqlarını ifadə edən prezident Ərdoğan İslam coğrafiyasının müxtəlif ölkələrində məzlumların fəryadlarının yüksəlməkdə davam etdiyini  qeyd  edib.  O vurğulayıb ki, Türkiy yaxında DEAŞ artıqlarını və ölkəmizə qarşı təlimdən keçirilən və silahla təmin edilən terror təşkilatlarının kökünü kəsəcəyik. Məlumunuzdur ki, Türkiyə yalnız terror təşkilatlarına qarşı yox, eyni vaxtda qarşıdurmalardan təsirlənən insanların problemlərini yüngülləşdirmək üçün də əlindən gǝlən səyi edirik. Suriyanın digər ərəzilərində olduğu kimi Fəratın şərqində də sülh və əmin-amanlığı bərpa edəcəyik. Bu məqsədlə, ABŞ və Rusiya başda olmaqla bölgədə hərbçisi olan ölkələr ilə danışıqlarımız davam edir. Rusiya və ABŞ ilə məşvərəti danışıqlar edirik. Siyasi danışıqlarımız davam edərkən bir tərəfdən də hərbi hazırlıqlarımızı tamamladıq. Bu prosesdə əsas məqsədimiz Türkiyənin milli təhlükəsizliyini gücləndirmək və Suriyanın ərazi bütövlüyünü zəmanət altına almaqdır. Türkiyə bu günə dək qucaq açdığı 4 milyon Suriyalı qaçqın üçün 35 milyard dollar vəsait ayırdı. Demək olar ki, bu gün dünyadaki bir çox problemin yaranmasına maliyyə imkansızlıq yox şəfqətsizlik səbəb olur-deyə prezident Ərdoğan vurğulayıb.

 

 

 

 



Әlaqәli Xәbәrlәr