İbrahim Kalın Mәrakeşә sәfәr edib

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Mәrakeşә sәfәr edib.

1133524
İbrahim Kalın Mәrakeşә sәfәr edib

 

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Mәrakeşә sәfәr edib.

İbrahim Kalın sәfәr çәrçivәsindә  Rәcәb Tayyib Әrdoğanın Mәrakeş Kralına ünvanladığı mәktubu Kral VI Mәhәmmәdә tәqdim edib.

Prezident Aparatının mәtbuat katibi sәfәr çәrçivәsindә hәmçinin Mәrakәş Baş naziri Sadәddin Osmaninin rәhbәrlik etdiyi nümayәndә heyәti vә Xarici İşlәr naziri Nasser Bourita ilә sәmәrәli görüşlәr keçirib.

Görüşlərdə ikitərəfli yüksək səviyyəli səfərlərin, ticarət həcminin və investisiyaların artırılması, diplomatik əlaqələrin inkişaf etdirilməsi, FETÖ ilə mübarizədə əməkdaşlıq edilməsi və  regional təhlükəsizlik məsələləri müzakirә olunub.

Görüşlərdə həmçinin İslam Əməkdaşlıq Təşkilatı vasitәsilә Qüdsün statusunun qorunması üçün İslam ölkələri arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr