Prezident Ərdoğan Vardakda törədilən terror aktını qınadı

Prezident Rəcəb Tayyib Ərdoğan Əfqanıstan prezidenti Əşrəf Qaniyə Vardakda törədilən terror aktı nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

1130308
Prezident Ərdoğan Vardakda törədilən terror aktını qınadı

Prezident administrasiyası  yanında mətbuat xidmətindən yayılan məlumata görə Ərdoğan Əfqanıstanın Vardak şəhərində ötən gün tərədilən terror aktını lənətləyib  prozident Qaniyə başsağlığı verib.

Ərdoğan həmkarına göndərdiyi basağlığı mesajında : "Hörmətli prezident, əziz qardaşım, 21 Yanvar 2019 tarixində Vardak vilayətinin Meydan Şehərində həyata keçirilən xain terror hücumu nəticəsində xeyli sayda əfqan polis əməkdaşının həyatını itirdiyini və yaralandığını kədərlə öyrəndim. Bu mənfur terror aktını lənətləyir, terrora qarşı mübarizənizdə Türkiyənin dəstəyinin rəhbərliyinizə və xalqınıza davam edəcəyini daha bir dəfə bildirir və hadisədə həyatını itirənlərin ailələrinə başsağlığı, yaralılara təcili şəfa arzulayıram”-deyə prezident Ərdoğan vurğulayıb.

Qeyd edək ki, dünən Əfqanıstanın Meydan şəhərində həyata keçirilən terror aktı nəticəsində 126 nəfər həyatını itirib. Hadisəyə görə məsuliyyəti terror təşkilatı Taliban üzərinə götürüb.



Әlaqәli Xәbәrlәr