Mosul, Bəsra, Kərkük və Nəcəf baş konsulluqlarının bu il açılması planlaşdırılır

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Türkiyənin İraqda Mosul, Bəsra, Kərkük və Nəcəf baş konsulluqlarının bu il açılmasının planlaşdırıldığını söyləyib.

1128732
Mosul, Bəsra, Kərkük və Nəcəf baş konsulluqlarının bu il açılması planlaşdırılır

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Türkiyənin İraqda Mosul, Bəsra, Kərkük və Nəcəf baş konsulluqlarının bu il açılmasının planlaşdırıldığını söyləyib.

Aksoy Nazirlikdə təşkil etdiyi mətbuat konfransında  gündəmi qiymətləndirərək deyib: “ İraq ilə əlaqələri inkişaf etdirməyə cəhd göstəririk. Bu ölkənin bərpası üçün ən böyük vədi 5 milyard dollar ilə Türkiyə verdi. Ovaköy sərhəd-keçid məntəqəsinin açılması üçün fəaliyyətlər davam edir. Keçid məntəqəsinin açılması  İraq ilə ticarətə müsbət təsir göstərəcəkdir”.

Aksoy “İraqda Mosul, Bəsra, Kərkük və Nəcəf baş konsulluqlarının bu il açılması planlaşdırılır. Bu sayədə İraqın bütün bölgə və tərəfləri əhatə edən yanaşmamız davam edəcəkdir” deyə bildirib.

Aksoy ABŞ-ın İrana yönəldilmiş sanksiyalarını Türkiyənin düzgün addım kimi qəbul etmədiyini, sanksiyaların İran xalqına, regional sabitliyə zərər verdiyini dilə gətirib.

Yəmənin torpaq bütövlüyünü pozacaq xarici müdaxilələri də qəbul etmədiklərini vurğulayan Aksoy Türkiyənin Yəmən xalqının yanında olacağını deyib: “ Yəməndəki müharibənin başa çatması üçün qətiyyətli mövqeyimizi davam etdirəcəyik.  Eyni şey Liviya üçün də qüvvədədir”.

Hami Aksoy Qətər ilə bəzi ərəb ölkələri arasındakı problemlərin həlli üçün Küveytin vasitəçiliyini dəstəklədiklərini dilə gətirib.

Aksoy oktyabrın 2-də Səudiyyəli jurnalist Camal Xaşoqçinin ölkəsinin İstanbul Baş konsulluğunda vəhçicəsinə öldürülməsinə aydınlıq gətirilməsi üçün beynəlxalq istintaq başladılması yaxud da araşdırma komissiyası qurulması barədə görüşlərin və fəaliyyətlərin davam etdiyini də bildirib.



Әlaqәli Xәbәrlәr