Xorvatiya prezidenti Ankarada görüşlәr keçirir

Xorvatiya prezidenti Kolina Qrabar Kitaroviç prezident Rәcәb Tayyib Әrdoğanın dәvәti ilә Türkiyәyә rәsmi sәfәr edib.

1127030
Xorvatiya prezidenti Ankarada görüşlәr keçirir
tbmm.jpg

 

Xorvatiya prezidenti Kolina Qrabar Kitaroviç prezident Rәcәb Tayyib Әrdoğanın dәvәti ilә Türkiyәyә rәsmi sәfәr edib.

Kolina Qrabar Kitaroviç ilk olaraq Türkiyә Böyük Millәt Mәclisinin sәdri Binәli Yıldırımla görüşüb.

Türkiyә Böyük Millәt Mәclisindә baş tutan tәlbәtәk görüşdәn sonra Binәli Yıldırım vә Kolina Qrabar Kitaroviç heyәtlәrarası görüşlәrә sәdrlik ediblәr.

Mәtbuata qapalı keçirilәn görüşdә Türkiyә-Xorvatiya parlamentlәrarası dostluq qrupunun sәdri İsmail Bilen, Xarici İşlәr nazirinin müavini vә Avropa İttifaqı üzrә sәfir faruk Kaymakçı vә Türkiyәnin Zaqrebdәki sәfiri Mustafa Babür Hızlan da iştirak ediblәr.

Görüşdә Xorvatiyanı isә Xarici İşlәr nazirinin müavini Zdravka Busiç, Xorvatiya Prezident Aparatının mәtbuat katibi İvana Krnik, Xorvatiya İslam Cәmiyyәtinin lederi Әziz Hәsәnoviç vә Xorvatiyanın Ankaradakı sәfiri Hrvoje Kitanoviç tәmsil ediblәr.

Xorvatiya prezidenti Kitaroviç daha sonra  Fәtullahçı Terror Tәşkilatının 2016-cı ilin 15 iyul taricindә hәyata keçirdiyi uğursuz çevriliş cәhdi zamanı parlamentin bombalanan hissәsinә baş çәkib.

Xorvatiya prezidentinә  iyulun 15-dә baş verәnlәr vә uğursuz çevriliş cәhdi ilә bağlı mәlumat verilib.

Kolina Qrabar Kitaroviçin keçirәcәyi görüşlәrdә Xorvatiya ilә Türkiyә arasındakı ikitәrәfli münasibәtlәrin bütün aspektlәri nәzәrdәn keçirilәcәk vә  müxtәlif sahәlәrdә әmәkdaşlığın güclәndirilmәsi üçün atılacaq addımlar müzakirә olunacaq.

Görüşlәrdә hәmçinin regional vә beynәlxalq mәsәlәlәr әtrafında fikir mübadilәsinin aparılması nәzәrdә tutulur.

Qonaq prezident  daha sonra prezident Rәcәb Tayyib  Ərdoğan tərəfindən Prezident İqamәtgahında  rəsmi mərasimlə qarşılanıb.

Təkbətək və heyətlər arasında keçirilәcәk  görüşlərin ardından Ərdoğan və Kitaroviç birgə mətbuat konfransında çıxış edәcәklәr.

Qeyd edәk ki, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan qonaq prezidentin şәrәfinә ziyafәt verәcәk.

 



Әlaqәli Xәbәrlәr