ABŞ nümayəndə heyəti Türkiyəyə gəldi

Ağ Evin Milli Təhlükəsizlik üzrə Məsləhətçisi John Boltonun başçılıq etdiyi nümayəndə heyəti Türk səlahiyyətliləriylə danışıqlar aparmaq üzrə Türkiyəyə gəldi.

1120800
ABŞ nümayəndə heyəti Türkiyəyə gəldi

Məlumata görə İsrailə reallaşdırdığı səfərini tamamladıqdan sonra Türkiyəyə gələn ABŞ nümayəndə heyəti tərkibində ABŞ Baş qərargah Başçısı Cozef Dunford və Qlobal Koalisiya xüsusi nümayəndəsi James Jeffrey iştirak edir.

ABŞ nümayəndə heyətinin, Türkiyədə rəsmilər ilə keçirəcəyi danışıqlarda Münbiç və Suriya məsələsi başda olmaqla Fetullah terror təşkilatı (FETÖ) və separatçı terror təşkilatı PKK, Patriot müdafiə sistemləri, iqtisadi əlaqələr müzakirə olunacaq.

Heyətin Ankaradakı görüşləri iki gün davam edəcək. Sabah Türkiyədən ayrılması gözlənir.



Әlaqәli Xәbәrlәr