Avropadakı müsəlmanların nümayəndələri Kölndə bir araya gəldilər

Türkiyənin Din İşləri üzrə İdarəsinin sədri Prof. Əli Ərbaş son illərdə Avropada artan irqçi hərəkətlərin, İslam ələyhinə ifadələr və hərəkətlərin Avropanın multikulturazilmini, bir arada yaşamaq hüququnu, sülh və əmin-amanlığını təhdid etdiyini bildirdi.

1117950

Erbaş Almaniyanın Köln şəhərindəki Din İşləri Türk İslam Birliyinin mərkəzi qərargahında “2-ci Avropa müsəlmanları görüşü”nün açılış hissəsində çıxış edib.

Müsəlmanların mövcudluğunu gözdən yayındıraraq Avropanın gələcəğindən danışmağın mümkün olmadığını vurğulayan Erbaş deyib ki, Avropada müsəlmanların gələcəyi İslam dünyasından tamamilə müstəqil olaraq müzakirə edilə bilməz. Bir arada yaşamaq, daha yaxşı bir gələcək, bərabər hüquqlar və ədalət kimi mövzular bütün bəşəriyyəti maraqlandıran əsas məsələlərdir.

Avropada islamafobiyanın İslam əleyhinə çevrilərək fəal bir xüsusiyyət qazanmağa başladığını bildirən Erbaş: “ Xüsusilə  zaman-zaman narahatlıq doğuracaq səviyyəyə çıxan irqçilik, sosial ayrı-seçkilik, xarici düşmənçiliyi (ksenofobiya), məscidlərə hücumlar kimi ayrı-seçkiliyə əsaslanan ifadə və tətbiqlər insan həyatını və şərəfini gözdən yayındırır, hərəkət və azadlıq sahələrini, haqlarını getdikcə məhdud edir, sosial və mədəniyyət təşkilatları fəaliyyətsizləşdirilir, insanlığın ortaq əxlaqi və vicdani dəyərlərini təxrib edir” deyib.

Erbaş Avropada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının belə hadisələrin qurbanlarına rəhbərlik edəcək hüquqi mexanizmləri qurmasının vacibliyini dilə gətirib.

Tədbirdə Türkiyənin Berlin səfiri Əli Kamal Aydınla yanaşı müxtəlif ölkələrdən din xadimləri və nümayəndələr iştirak edib.

Әlaqәli Xәbәrlәr