Hər mövsüm diqqət mərkəzində olan Saklıkənt

Antalya vilayəti ərazilərində yerləşən Saklıkənt xizək mərkəzinə gələnlərin sayı 600 faiz artıb.

1115237
Hər mövsüm diqqət mərkəzində olan Saklıkənt

Antalya vilayəti ərazilərində yerləşən Saklıkənt xizək mərkəzinə gələnlərin sayı 600 faiz artıb.

Antalyaya 50 dəqiqə məsafədə 2 min 200 metr hündürdə yerləşən Saklıkənt yayda isə yayla və təbiət turizmi baxımından Antalya və Türkiyənin ən gözəl mərkəzlərindən biridir.

Bölgəyə cari il 190 min ziyarətçi gəlməsi əvvəlki illə müqayisədə 600 faiz artım mənasındadır.

6 yanvar 2019-cu ildə Sarakamış şəhidlərinin anım mərasiminin keçiriləcəyi mərkəzdə illərdir Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının  (TÜBİTAK) Milli Rəsədxana Səma Müşahidə şənliyi fəaliyyətləri keçirilir.

Antalya Tiracət və Sənaye Palatısı, Gənclik Xidmətləri və İdman Müdirliyi ilə Triatlon Federasiyanın təşkilatçılığında bölgədə bir növ “qış triatlonu” keçiriləcək.

Tədbirdə xizək, velosiped və üzgüçülük sahələrində müsabiqələr olacaq.

Bölgənin yay dövrü idman düşərgələri üçün də istifadə oluna bilməsi məqsədilə fəaliyyətlər davam etdirilir.



Әlaqәli Xәbәrlәr