Ankara Netanyahuya reaksiya göstərdi

Türkiyənin separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatlarına görə prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edən İsrailin Baş naziri Binyamin Netanyahuya Ankaradan reaksiya gəldi.

1112001
Ankara Netanyahuya reaksiya göstərdi
omer celik.jpg

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın "Twitter" vasitəsilə verdiyi açıqlamada İsrail Baş naziri Binyamin Netanyahunun prezident Rəcəb Tayyib Ərdoğanın həqiqətləri hayqırmasına görə yenə çox narahat olduğunu vurğuladı.

Kalın: "Ölkəsindəki istintaqlarla başı bəlaya girən Netanyahu diqqətləri dağıtmağa çalışır, amma nahaq yerə. İsrailin işğal və zülm siyasətini heç bir şəkildə ört-basdır edə, prezidentimizi susdura bilməzlər" deyə yazdı.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də  "Twitter" vasitəsilə açıqlama verərək: "Türk ordusu və təhlükəsizlik qüvvələrinin PKK hədəflərinə təşkil etdiyi əməliyyatların Netanyahunu narahat etməsi mənalıdır" dedi.

Netanyahunun prezident Ərdoğanın bəşəriyyətin adından, məzlumların adından etdiyi xəbərdarlıqlara görə çox narahat olduğunu, narahat olmağa davam edəcəyini qeyd edən Çelik: "İsraildə barəsində qaldırılan istintaq işlərində vəzifəsindən sui-istifadədə ittiham olunan Binyamin Netanyahu beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə çalışır. Binyamin Netanyahu prezidentimizə və ordumuza hücum edərək həqiqətlərin üstünü örtə biləcəyini zənn edir" ifadələrini işlətsdi.
 



Әlaqәli Xәbәrlәr