"Narahat olduğumuz vəziyyət olan kimi çəkinmədən deyirik", M.Çavuşoğlu

Türkiyə Böyük Millət Məclisində (TBMM) nazirliyin büdcə məsələri müzakirəsində çıxışı zamanı Suriya sərhəd xəttində baş verən proseslərdən də danışan M.Çavuşoğlu deyib

1108906
"Narahat olduğumuz vəziyyət olan kimi çəkinmədən deyirik", M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu separatçı terror təşkilatı YPG/PKK ilə sonuna qədər mücadiləni davam etdirəcəklərini vurğuladı.

  Türkiyə Böyük Millət Məclisində (TBMM) nazirliyin büdcə məsələri müzakirəsində çıxışı zamanı Suriya sərhəd xəttində baş verən proseslərdən də danışan M.Çavuşoğlu deyib:

  "YPG/PKK və DAEŞ Türkiyəyə də təhlükə yaradır. Buna görə sərhədimiz çevrəsində terror təşkilatlarını dəf etmək boynumuzun borcudur.

  Münbic yol xəritəsinin uğurla həyata keçirilməsi və Fərat çayının şərqinə təcili keçmək üçün Amerika Birləşmiş Ştatları ilə danışıqlar davam edir.

  Münbiç yol xəritəsinin yaxın günlərdə başa çatacağına inanırıq.

  Terrorla mübarizədə qətiyyətliyik.

  Fətullahçı terror təşkilatı (FETÖ) üzvlərinin saxlanıldığı ölkələrdən Türkiyəyə gətirilməsi məsələsində də səylərimiz davam etməkdədir.”

  Mövlud Çavuşoğlu Məclisdəki çıxışında Avropa İttifaqı (Aİ) ilə son məqama da toxunaraq deyib:

  "Aİ bizim üçün hələ də strateji hədəfdir. Amma narahat olduğumuz vəziyyət yarandığı zaman da çəkinmədən deyirik. Məsələn, viza sərbəstliyi bizim vətəndaşımızın da haqqıdır. Və ya Aİ Gömrük Birliyi təcili yenilənməlidir."



Әlaqәli Xәbәrlәr