Amerikalı polkovnik Türkiyədən üzr istədi

Terror təşkilatı PKK tərəfdarı və Türkiyəni təhqir edən sosial şəbəkədə açıqlama yayan ABŞ rəhbərliyindəki DEAŞ Əleyhinə Koalisiyanın sözçüsü polkovnik Sean Ryan Türk səlahiyyətlilərin dövrəyə girməsi ilə Türkiyədən üzr istədi.

1109020

ABŞ rəhbərliyindəki koalisiyanın sözçüsünün qalmaqallı “Twitter” paylaşması isə böyük reaksiyaya səbəb oldu.

Qısa bir müddət sonra qalmaqal yaradan paylaşmanı silən Sean Ryan diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türk rəsmilərin müdaxiləsindən sonra üzr istədi.

Polkovnik Ryan koalisiyanın rəsmi “Twitter” hesabından yaydığı açıqlamada, "Rəsmi səlahiyyətimlə, koalisiya tərəfdaşımız və DEAŞ-ın məğlubiyyətə uğradılması missiyasında əsas bir müttəfiq olan Türkiyəni təhqir edən bir statusu səhvən paylaşdım. Hörmətsizlik etmək məqsədim yox idi. Birgə təhlükəsizlik məsələsində vəzifəmiz var və DEAŞ-ın məğlubiyyətə uğradılması missiyasına sədaqətimiz davam edir. Xahiş edirəm, üzrü qəbul edin" deyə bildirdi.

Әlaqәli Xәbәrlәr