Türkiyədə son bir həftədə 500 qaçqın tutuldu

Türkiyə Sahil Təhlükəsizlik Komandanlığı qrupları tərəfindən son bir həftədə 500 qaçqın tutulub.

1107558
Türkiyədə son bir həftədə 500 qaçqın tutuldu

  Türkiyə Sahil Təhlükəsizlik Komandanlığı qrupları tərəfindən son bir həftədə 500 qaçqın tutulub.

  Sahil Təhlükəsizlik İzmir və Şimali Egey Qrup Komandanlıqlarının xidmət sahəsində olan Kuşadası, Çeşme, Dikili, Ayvalık, Sığacık, Küçükkuyu bölgələrində, köç marşrutları üzərində sıxlaşan nəzarət və yoxlamalar nəticəsində Ayvalık, Dikili, Urla və Kuşadasında 7 əməliyyat zamanı 258 qaçqın saxlanıldı.

  Sahil Təhlükəsizlik Cənubi Egey Qrup Komandanlığının xidmət sahəsi içində olan Didim, Yalıkavak, Gümüşlük, Turgutreis, Akyarlar, Bodrum və Kardak köç marşrutları üzərindəki nəzarət və yoxlamalar zamanı isə Didim və Bodrum bölgələrində 4 əməliyyat zamanı 242 qaçqın tutulub, biri qaçarkən nəzarətə götürülüb.

  11 köç cəhdinin 2-si isə Sahil Təhlükəsizlik Komandanlığı tərəfindən Ayvalık və Foça bölgələrində axtarış-xilasetmə işləri zamanı ortaya çıxıb və 52 qaçqın qurtarılıb.

  Bundan başqa, Sahil Təhlükəsizlik Komandanlığı tərəfindən Urla, Çeşmə, Seferihisar, Didim, Bodrum və Marmaris bölgələrində reallaşan 6 nizamsız köç əməliyyatında 175 qaçqın tutulub.



Әlaqәli Xәbәrlәr