"Terror təşkilatları İraqda yuva qurduqca Türkiyə əməliyyatlara davam edəcək", H.Aksoy

Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy deyib.

1107485
"Terror təşkilatları İraqda yuva qurduqca Türkiyə əməliyyatlara davam edəcək", H.Aksoy

    Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqda PKK ünsürlərinə qarşı 13 dekabrda təşkil etdiyi əməliyyatlarla əlaqədar deyib:

  "Terror təşkilatları İraq torpaqlarında yuva qurduqca terrorla mübarizə əməliyyatları davam edəcək.

  PKK uzun illərdir təşkilatlandığı İraq torpaqlarını Türkiyəyə hücum təşkil etmək məqsədiylə baza olaraq istifadə edir. Bu hücumlar nəticəsində on minlərlə vətəndaşımız həyatını itirib. PKK-nın İraq və Suriya torpaqlarındakı fəaliyyətləri Türkiyə üçün bir milli təhlükəsizlik məsələsi halına gəlib.

  İraq hökumətinə PKK terror təşkilatının fəaliyyətinin qarşısını almaq məsuliyyəti yerinə yetirməsi lazım olduğunu dəfələrlə xatırlatdıq.”



Әlaqәli Xәbәrlәr