Bakıda Çavuşoğlu Lavrovla təkbətək görüşdü

Azərbaycanın paytaxtı Bakıda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasında Çavuşoğlu Lavrovla görüşdü.

1107439
Bakıda Çavuşoğlu Lavrovla təkbətək görüşdü

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Suriyada konstitusiya komissiyası qurulması, İdlibdəki proseslər, Türkiyə-Rusiya arasında vizaların asanlaşdırılması və ya qaldırılması mövzularında danışdı.

  Azərbaycanın paytaxtı Bakıda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasında Çavuşoğlu Lavrovla görüşdü.

  Qapalı keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən Türkiyənin Xarici naziri davam edən layihələr, ticarət əlaqələri, zamanla aradan qaldırılacaq viza problemi barədə danışdıqlarını söyləyən Çavuşoğlu Suriya məsələsinin də gündəmdə olduğunu dedi:

  "Biz İdlib, konstitusiya komissiyası və bir sıra digər regional məsələləri müzakirə etdik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında sıx dialoq mövcuddur, tez-tez telefonda danışırlar. Biz onların verdikləri qərarların necə tətbiq olunacağını birlikdə nəzərdən keçirdik.

  İdliblə bağlı yeni zirvə toplantısına hələlik ehtiyac yoxdur. Çünki mövzu ilə bağlı müxtəlif səviyyələrdə görüşlərimiz davam etməkdədir.

  Hərbi səlahiyyətlilər, kəşfiyyatçılar və xarici işlər nazirlikləri sıx əməkdaşlıq şəraitində çalışır.

  Eyni zamanda, enerji, Yaxın Şərq, Şimali Afrika, Qafqaz, Ukraynadakı mövcud Kerç boğazı problemi və Qara dəniz bölgəsi vəziyyətinə bağlı müzakirələr apardıq.”



Әlaqәli Xәbәrlәr