"Bunun davamı gələcək", R.T. Ərdoğan

İslam Əməkdaşlıq Təşkilatı Konfransının ali məhkəmə hakimlərinin iclasında çıxış edən prezident Rəcəb Tayyib  Ərdoğan Fəratın şərqindəki əraziləri rahatlığa qovuşdurmaqda qətiyyətli olduqlarını vurğulayıb.

1106937
"Bunun davamı gələcək", R.T. Ərdoğan

İslam Əməkdaşlıq Təşkilatı Konfransının ali məhkəmə hakimlərinin iclasında çıxış edən prezident Rəcəb Tayyib  Ərdoğan Fəratın şərqindəki əraziləri rahatlığa qovuşdurmaqda qətiyyətli olduqlarını vurğulayaraq "Dünən axşam İraq ərazisində hava əməliyyatlarımızı həyata keçirdik. Sərhədlərimizə təhdid yaradan Sincar və Karacak dağında əməliyyat keçirdik. Gerisi də gələcək. Çünki oradan bizə təhdid varsa, cavabı da anında veriləcək" deyə söyləyib.

Ərdoğan çıxışında bunları söyləyib: “Bu terror təşkilatlarını ya yox edəcəklər, onlar etmirsə, biz məhv edəcəyik. Terrorçuların dünənki qəddar təcavüzü verdiyimiz qərarın nə qədər məqsədəuyğun olduğunu göstərmişdir. Sərhədlərimizə yığılan terrorçuların gec-tez bizi hədəf alacağı həqiqətini bu hadisə sübut etmişdir.  Biz Suriyada atdığımız addımlarla sadəcə öz ölkəmizin təhlükəsizliyini təmin etmirik. Heç bir məzhəb fanatikliyi bu həqiqəti ört-basdr edə bilməz. Münbiç ilə bizim diqqətimizi yayındırmağa cəhd göstərirlər. Terrorçulardan oranı azad edəcəyik dedilər. Amma etmədilər. İndi də deyirik ki, təmizlədiniz təmizlədiniz, təmizləmədinizsə, biz Münbiçə də girəcəyik. Açıq danışıram. Türkiyə Fəratın şərqindəki terror bataqlığına müdaxilə məsələsində kifayət qədər vaxt itirib. Bundan sonrası üçün tək bir gün gecikməyə də səbrimiz yoxdur.”

Sərhədlərimizə təhdid yaradan Sincar və Karacak dağında əməliyyat keçirdik. Gerisi də gələcək. Çünki oradan bizə təhdid varsa, cavabı da anında veriləcək" deyə Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr