“Fransada polisin istifadə etdiyi ifrat səviyyədəki güc ibrətamizdir”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransada “sarı jiletlilər”in etiraz aksiyalarında polisin istifadə etdiyi ifrat səviyyədəki gücün ibrətamiz olduğunu bildirdi.

1103619
“Fransada polisin istifadə etdiyi ifrat səviyyədəki güc ibrətamizdir”, M.Çavuşoğlu

Fransada “sarı jiletlilər”in etiraz aksiyalarında polisin istifadə etdiyi ifrat səviyyədəki güc ibrətamizdir.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalya Jurnalistlər Cəmiyyətinin təşkil etdiyi “2017-ci ilin mətbuat mükafatları və Həsən Özkay fotoqraf yarışması” mükafat mərasimində etdiyi çıxışı zamanı deyib.

Fransada baş verən hadisələrə toxunan nazir bildirib ki, şənbə günü Fransa səviyyəsində keçirilən etiraz aksiyalarında 1200 nəfər tutuldu. Türkiyə heç vaxt vandalizmə dəstək vermədi, ancaq Türkiyədə vandalizm olduğu zaman o ölkələrin çox güclü şəkildə, mətbuatı ilə, qeyri-hökumət təşkilatları ilə, siyasi xadimlərilə dəstək olduqlarını gördük. Nümayişçilərin də bəzi ifrat hərəkətlərini görürük. Vandalizmin əleyhinəyik amma, Fransız polisinin istifadə etdiyi ifrat güc həqiqətdən ibrətamizdir. Belə hərəkətlərin də əleyhinəyik. İfrat səviyyədəki gücün qarşısında Avropa İttifaqının və Avropa ölkələrinin də mövqeyi ibrətamizdir. KİV-lərinin də mövqeyi bu mənada fəlakətdir. Biz buna ikili standart deyirik. Qərb buna “Həmrəylik” deyir. Avropa İttifaqının üzvü deyir.

Mövlud Çavuşoğlu Avropadakı hadisələrin təcili dayandırılması istəyini də dilə gətirib.

Bu ölkələrin sabitliyinin Türkiyə üçün də əhəmiyyətli olduğunu vurğulayan nazir “Ölkəmizin yerləşdiyi Avropa qitəsi bütün dünya ilə müqayisə etdiyimiz zaman yenə də sabitliyin hakim olduğu, ən təhlükəsiz və iqtisadi olaraq ən inkişaf etmiş qitəsidir. Belə qalmasını və daha da inkişaf etməsini istəyirik, bu bizim də mənfəətimizədir” deyə bildirib.



Әlaqәli Xәbәrlәr