Türkiyənin Qızıl Aypara Cəmiyyəti 8,5 tonluq dərmanı Qəzza zolağına çatdırdı

Türkiyənin Qızıl Aypara Cəmiyyəti 8,5 tonluq dərman yardımını çatdırmaq üçün Beyt Xanın sərhəd-keçid məntəqəsindən keçərək mühasirə altındakı Qəzza zolağına çatdı.

1099432
Türkiyənin Qızıl Aypara Cəmiyyəti 8,5 tonluq dərmanı Qəzza zolağına çatdırdı

Türkiyənin Qızıl Aypara Cəmiyyəti 8,5 tonluq dərman yardımını çatdırmaq üçün Beyt Xanın sərhəd-keçid məntəqəsindən keçərək mühasirə altındakı Qəzza zolağına çatdı.

 Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık dünən Nablustan Qəzzaya 8,5 tonluq dərman apardıqlarını söylədi.

 Filistində olmağımızın məqsədi əvvəlcə bu bölgədə davam edən sağlamlıq sahəsindəki ehtiyacları bir qədər də olsun ödəməkdir" deyən Kınık Qəzzada eyni zamanda birlikdə layihə apardıqları Əl-Əməl yetimxanasına baş çəkdiklərini bildirdi.

 Burada qalan yetimlərə ərzaq və geyim yardımı etdiklərini bildirən Kınık köhnə binalarda bərpa işləri, qoruma altındakı yetim sayı ilə göstərilən xidmətin keyfiyyətinin artırılması kimi işlərlə Əl-Əməl yetimxanasına dəstəklərini davam etdirdiklərini söylədi.

 Fələstin Qızıl Aypara Cəmiyyəti üçün tikdirdikləri Fəlakət və Logistika Mərkəzini yerindəcə izlədiklərini qeyd edən Kınık  “Qəzzadakı bu qısa müddətli səfərimizdə Qırmızı Aypara Cəmiyyəti olaraq ehtiyacları müəyyən edib yardımları çatdırmaq üçün danışıqlar aparacağıq" deyə vurğuladı.

 Daha əvvəl Türkiyədən gedən və lazımi icazələrin alınması zamanı işğal altındakı İordan çayının  qərbindəki Nablus şəhərində Fələstin Qırmızı Aypara Cəmiyyətinə məxsus anbarda mühafizə dyslşi dərmanlar  maşınlara yüklənərək Qəzzaya göndərilmək üçün yola çıxmışdı.

 Dərmanların regiondakı xəstəxanaların azı 6 aylıq ehtiyacını ödəyəcəyi bildirilir.



Әlaqәli Xәbәrlәr