Ərdoğan Paraqvaya rəsmi səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Paraqvaya rəsmi səfər etdi.

1099078
Ərdoğan Paraqvaya rəsmi səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Paraqvaya rəsmi səfər etdi.
 
 Ərdoğan və xanımını paytaxt Asunciondakı tarixi hökumət binası olan Lopez sarayında Paraqvayın dövlət başçısı Mario Abdo Benitez və xanımı qarşıladılar.
 
 Lopez sarayının həyətində təşkil olunan və iki ölkə himnlərinin səsləndirildiyi rəsmi mərasimdən sonra Ərdoğan və Benitezin təkbətək görüşü keçirildi.
 
 Benitez heyətlərarası görüşdən əvvəl Türkiyə prezidentini Dövlət ordeni ilə təltif etdi.
 
 Prezident Ərdoğan və Türkiyə heyəti  görüşlərdən sonra sarayı tərk etdilər.
 
 Bu arada, Ərdoğan Lopez sarayından çıxarkən onu uzun müddət sarayın qarşısında gözləyən bir qrup Türkiyə vətəndaşı ilə də söhbət etdi.



Әlaqәli Xәbәrlәr