Ərdoğan Paraqvay liderilə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Paraqvay dövlət başçısı Mario Abdo Benitez iki ölkə arasındakı diplomatik əlaqələrin getdikcə gücləndiyini bildirdilər.

1099111
Ərdoğan Paraqvay liderilə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Paraqvay dövlət başçısı Mario Abdo Benitez iki ölkə arasındakı diplomatik əlaqələrin getdikcə gücləndiyini bildirdilər.

İki liderin paytaxt Asunsondakı tarixi hökumət binası Lopez sarayında təkbə-tək və heyətlər arasındakı görüşündən sonra mətbuata açıqlama verildi.

Açıqlamada Benitez Türkiyədən ilk dəfə bir dövlət başçısının ölkəsini ziyarət etdiyini bildirərək, səfərə verdiyi əhəmiyyəti dilə gətirdi.

Açıqlamada qeyd edilib ki, dövlət başçıları iki ölkə arasındakı diplomatik əlaqələrin getdikcə gücləndiyini, bu çərçivədə Ankarada və Asunsonda qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin açılma prosesinin davam etdiyini və Türkiyə Cümhuriyyətinin Paraqvay hökuməti yanındakı ilk səfiri Armağan İnci Ərsoyun təyin edilməsilə ölkələr arasındakı diplomatik əlaqlərin inkişafından duyduqları məmnuniyəti dilə gətirdilər. Həmçinin “Təlim, mədəniyyət, elm və texnologiya, gənclik və idman sahələrindəki əməkdaşlıq çərçivə sazişi” ilə “Diplomatik təlimlə əlaqəli razılışma mətni”nin yaxın zamanda imzalanması barədə razılaşıldı. İkitərəfli ticarət əlaqələrinin inkişafının daşıdığı əhəmiyyət barədə razılaşan liderlər sərmayə qoyuluşlarının qarşılıqlı olaraq artırılmasına verdikləri əhəmiyyətə toxundular.



Әlaqәli Xәbәrlәr