Dünya Halal Zirvəsi İstanbulda davam edir

Prezidentin himayəsində, İslam Ölkələri Standartları və Metrologiya İnstitutu, İslam Ticarəti İnkişaf Mərkəzi və Discover Eventsin əməkdaşlığıyla yaradılan "Dünya Halal Zirvəsi 2018 və 6-cı İslam Əməkdaşlıq Təşkilatı Halal Expo sərgisi" İstanbul Yenikapı,

1098137
Dünya Halal Zirvəsi İstanbulda davam edir

Zirvənin ikinci günündə, "Halal sektorundakı problemlərə Qarşı Elmi, Akademik və Yenilikçi Həll Yolları" mövzulu konfrans keçirilib. Yerli və xarici alimlərin iştirak etdikləri yığıncaqda halal sektoruyla əlaqədar əhəmiyyətli mövzular və bu sahədə cərəyan edən proseslər təhlil edilib. Məruzələr təqdim olunub.

Digər tərəfdən, zirvə çərçivəsində təşkil edilən Halal Expo sərgisi də sektorda fəaliyyət göstərən firmaların iştirakıyla davam edir.

Ümumi cəmdə 4 trilyon dolları ötən, qarşıdakı 5 il ərzində isə 5-10% arasında böyüməsi gözlənilən sektorun 2 trilyon dollarını maliyyə, 1 trilyon dollarını qida, 250 milyard dollarını turizm, 750 milyard dollarını isə digərləri təşkil edir. 2 Dekabra qədər davam edəcək tədbirə, 40 mindən çox yerli və xarici ziyarətçi iştirakı gözlənilir.



Әlaqәli Xәbәrlәr