Әrdoğan Әdalәt vә İnkişaf Patiyasının bәlәdiyә seçkilәrindә namizәdlәrinin adlarını açıqladı

Rәcәb Tayyib Әrdoğan  Әdalәt vә İnkişaf Partiyasının İstanbul Körfәz Konqres Mәrkәzindә keçirilәn ‘‘Bәlәdiyyә Sәdrliyinә Namizәdlәrin Tәqdimat Toplantısı’’da iştirak edib.

1094403
Әrdoğan Әdalәt vә İnkişaf Patiyasının bәlәdiyә seçkilәrindә namizәdlәrinin adlarını açıqladı

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının bәlәdiyyә seçkilәrindә mübarizә aparacaq  namizәdlәrinin adlarını açıqladı.

Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının İstanbul Körfәz Konqres Mәrkәzindә keçirilәn ‘‘Bәlәdiyyә Sәdrliyinә Namizәdlәrin Tәqdimat Toplantısı’’da iştirak edib.

Toplantıda açılış nitqi ilә çıxış edәn Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının  40 şәhәrdә  bәlәdiyyә seçkilәrindә mübarizә aparacaq namizәdlәrinin adlarını açıqlayıb. Әrdoğan çıxışında verdiyi dәstәyә görә Milliyyətçi Hərəkat Partiyasının (MHP)  sədri Dövlət Baxçalıya da  təşəkkür edib.

Qeyd edәk ki, Prezident Rәcәb Tayyib Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının bәlәdiyyә seçkilәrindә  Ankara, İstanbul vә İzmirdә mübarizә aparacaq namizәdlәrinin adlarını isә  açıqlamayıb.

Xatırladaq ki, Türkiyәdә bәlәdiyyә seçkilәri 2019-cu ilin 31 mart tarixindә keçirilәcәk.



Әlaqәli Xәbәrlәr