Qәtәr Әmiri Türkiyәyә sәfәr edәcәk

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1094326
Qәtәr Әmiri Türkiyәyә sәfәr edәcәk

Qәtәr Әmiri Şeyx Tәmim ibn Hәmmad Әl Sani Türkiyәyә sәfәr edәcәk.

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan noyabrın 26-da Qәtәr Әmiri ilә İstanbulda görüşәcәk.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Qәtәr Әmiri Şeyx Tәmim ibn Hәmmad Әl Sani İstanbulda keçirilәcәk Türkiyә-Qәtәr yüksәk strateji komitәsinin IV iclasında iştirak etmәk üçün noyabrın 4-dә Türkiyәyә sәfәr edәcәk.

İclas Prezident Rәcәb Tayyib Әrdoğan vә Qәtәr Әmiri Şeyx Tәmim ibn Hәmmad Әl Saninin sәdrliyi ilә keçirilәcәk.

İclasda iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinin  imkanları müzakirə olunacaq. Regional mövzular әtrafında fikir mübadilәsi aparılacaq, həmçinin Türkiyə-Qətər arasında müxtəlif sahәlәrdә  sazişlərin imzalanması da nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr