İslam Әmәkdaşlıq Tәşkilatının 34-cü iclası 26-29 noyabr tarixlәrindә keçirilәcәk

İslam Әmәkdaşlıq Tәşkilatının İqtisadi vә Ticari Әmәkdaşlıq Komitәsinin 34-cü iclası 26-29 noyabr tarixlәrindә İstanbulda keçirilәcәk.

1094517

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın  noyabrın 28-dә keçirilәcәk açılış iclasına sәdrlik etmәsi gözlәnilir. 28-29 noyabr tarixlәrindә isә ‘‘Nazirlәr iclası’’nın keçirilmәsi nәzәrdә tutulur.Toplantılardan әvvәl ekspertlәr tәrәfindәn 26-27 noyabr tarixlәrindәki gündәm ilә bağlı texniki danışıqlar aparılacaq.

Toplantılarda ticarətin sadәlәşdirilmәsi vә İӘT-na üzv ölkәlәrinin gömrük idarә sistemlәrinin tәkminlәşdirilmәsi mәsәlәlәri müzakirә olunacaq.

Türkiyә Prezidentinin kömәkçisi Fuad Oqtayın sәdrliyi ilә keçirilәcәk iclasda isә İslam ölkәlәri arasında gömrük idarәçiliyi sistemi mәsәlәsi ilә bağlı әmәkdaşlığın artırılması istiqamәtindәki mövzular әtraflı şәkildә qiymәtlәndirilәcәk.

İslam Әmәkdaşlıq Tәşkilatının növbәti iclasında beynәlxalq tәşkilatların nümayәndәlәri dә iştirak edәcәklәr.

Әlaqәli Xәbәrlәr