24 noyabr Türkiyədə Müəllimlər Günüdür

Müəllimlər Günü nə zamandan qeyd olunur?

1093758
24 noyabr Türkiyədə Müəllimlər Günüdür

  Türkiyədə hər il 24 noyabrda qeyd edilən Müəllimlər Günü müəllimləri şərəfləndirmək üçün müxtəlif tədbirlərin keçirildiyi bir bayram günüdür.

  Müəllimlər Günü nə zamandan qeyd olunur?

  24 Noyabr Müəllimlər Günü Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən qəbul edilib.

  Bir çox ölkədə 1994-cü ildən bəri YUNESKO-nun (UNECKO) məsləhətilə hər il dünyanın bir çox ölkəsində 5 oktyabr tarixi Müəllimlər Günü kimi qeyd olunur.

  5 oktyabr 1966-cı il Parisdə Müəllimlərin Statusu Hökumətlərarası Xüsusi Konferansından sonra YUNESKO nümayəndələri və İLO tərəfindən "Müəllimlərin statusu tövsiyyəsi"nin yekdilliklə qəbul edildiyi əlamətdar tarixdir.

  Öz mədəni və tarixi xüsusiyyətlərinə, məktəb tətil günlərinə görə müxtəlif ölkələrdə müxtəlif tarixlərdə Müəllimlər Günü qeyd edilir. Məsələn, 12 ərəb ölkəsində (Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, Qətər, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Tunis, Oman, İordaniya, Yəmən) hər il 28 fevralda Müəllimlər Günü qeyd olunur.

  Türkiyənin fədakar müəllimləri, siz hər şeyin ən yaxşısına layiqsiniz, Müəllimlər Gününüz mübarək olsun.



Әlaqәli Xәbәrlәr