Fərat çayının şərqi ilə bağlı açıqlamalar ABŞ-ı narahat etdi

Türkiyənin Fəratın şərqindən təhdid olacağı təqdirdə lazım gələni yerinə yetirərik açıqlaması ABŞ-ı narahat etdi.

1093731
Fərat çayının şərqi ilə bağlı açıqlamalar ABŞ-ı narahat etdi

Türkiyənin Fəratın şərqindən təhdid olacağı təqdirdə lazım gələni yerinə yetirərik açıqlaması ABŞ-ı narahat etdi.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanallarından birinə verdiyi  açıqlamada deyib.

ABŞ-a etdiyi səfərləri zamanı Suriyadakı bütün problemləri, o cümlədən İdlibi, Münbiçi və Fəratın şərqində nələr edə biləcəklərini müzakirəyə çıxardıqlarını deyən Çavuşoğlu “Fəratın şərqindən bizə açılan hədələyici atəşlərdən sonra verdiyimiz cavablarla nələrə nail ola bildiyimizi göstərdik” deyib.

Terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-nin ABŞ-ın verdiyi dəstəyə görə özünə hər şəyi rəva gördüyünü bildirən Çavuşoğlu deyib ki, YPG bizim üçün təhdiddir və bu terror təşkilatına qarşı əlimizdən gələni yerinə yetirəcəyimizi söylədik. “ABŞ-a qarşı bu hədələyici atəşlərinə nə üçün mane olmursunuz dedik”. Biz sərhədimizin digər tərəfində mövcud olan təhdidin qarşısını almaq üçün əlimizdən gələni edərik.

Çavuşoğlu burada ən uyğun yolun Münbiç yol xəritəsinin Fəratın şərqində də tətbiq etmək olduğunu söyləyib.

Mövlud Çavuşoğlu Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) Səlahəddin Dəmirtaşın müraciəti qarşısında verdiyi sərbəst buraxılma qərarının hüquqa uyğun olmadığını, məhkəmənin əsaslarının öz qərarı ilə üst-üstə düşmədiyini deyib.

AHİM-in bununla da siyasi qərar verdiyini sübuta yetirdiyini vurğulayan Çavuşoğlu İngiltərə, Fransa, Almaniya kimi bir çox ölkənin AHİM-in qərarlarına əməl etdiyini söyləyib.

Səudiyyəli jurnalist Camal Xaşoqçi  cinayətinə də toxunan Çavuşoğlu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə görüşmək üçün bir maneə olmadığını qeyd edib.



Әlaqәli Xәbәrlәr