Türkiyə bir daha BMT-ni islahata çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının strukturunda və fəaliyyətində islahatların aparılması ilə bağlı çağırışları bir daha Türkiyə tərəfindən  BMT kürsüsündə səsləndirildi.

1092006
Türkiyə bir daha BMT-ni islahata çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının strukturunda və fəaliyyətində islahatların aparılması ilə bağlı çağırışları bir daha Türkiyə tərəfindən  BMT kürsüsündə səsləndirildi.
 
 Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu islahata olan ehtiyaca diqqət çəkdi, üzv ölkələrə struktur islahatlar üçün müraciət etdi.
 
 Prezident Ərdoğan BMT-nin strukturunda dəyişiklik edilməsi lazım olduğunu vurğulamış, 5 daimi üzvün veto səlahiyyətinin ədalətsizliklərə yol açdığına diqqət çəkmişdi.
 
 Türkiyə BMT Təhlükəsizlik Şurasında ədalətli təmsil və üzv sayının artırılması mövzusunu bir daha gündəmə gətirdi.
 
 Türkiyənin BMT Daimi nümayəndəsi Firudin Sinirlioğlu: "BMT Təhlükəsizlik Şurasının islahatı üçün səy göstərməliyik" dedi.
 
 Üzv ölkələri islahat prosesini asanlaşdırmağa yönələn siyasi iradə və çeviklik göstərməyə çağıran Sinirlioğlu, milli maraqların, ortaq mənfəətlərin ilk planda tutulmasının əhəmiyyətini vurğuladı.
 
 Sinirlioğlu islahatlar istiqamətində  təkliflər verdi, üzv ölkələrin fəaliyyətləri əsasında periodik seçiminin Təhlükəsizlik Şurasının daha hesabverici bir orqana çevirəcəyini dilə gətirdi.
 
 Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında 5-i daimi və 10-u müvəqqəti  olmaq üzrə cəmi 15 üzv ölkə vardır.
 
 Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Çin və Fransa şuranın daimi üzvləridir.
 
 Qərarlar 5 daimi üzvün razılığı əsasında qəbul oluna bilir. Bir üzvün  belə veto hüququndan istifadə etməsi qərarın rədd edilməsinə səbəb olur.



Әlaqәli Xәbәrlәr