“Türk axını” Türkiyəni mühüm qaz mərkəzinə çevirəcək

“Türk axını” layihəsinin dəniz hissəsinin tamamlanması münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə İstanbul Konqres Mərkəzində tədbir keçirilib.

1090929
“Türk axını” Türkiyəni mühüm qaz mərkəzinə çevirəcək

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya qazını Qara dəniz və Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk axını” layihəsinin təkcə Türkiyə deyil, qonşu ölkələr və regiona da üstünlük gətirəcəyini vurğulayıb.  

  “Türk axını” layihəsinin dəniz hissəsinin tamamlanması münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə İstanbul Konqres Mərkəzində tədbir keçirilib.

  Mərasimdə etdiyi çıxışında Ərdoğan dedi:

  “Türk axını” layihəsinin son mərhələsinə gəlindi. Bu, təkcə Türkiyə deyil, qonşu ölkələr və regiona da üstünlük gətirəcək. “Türk axını” layihəsi 2019-cu il yoxlamalarından (testlər) sonra fəaliyyətə başlayacaq.  

  Türkiyə üçün Rusiyanın uzunmüddətli iş birliyi etibarlı dost və mühüm təbii qaz tədarükçüsü anlamına gəlir.

  Rusiya-Türkiyə iş birliyi çox geniş spektrdə ilərliləyir. Hədəfimiz Rusiya ilə 100 milyard dollarlıq ticarət həcminə malik olmaqdır. Türkiyə Rusiyadan 1987-ci ildən bəri 387 milyard kubmetrlik təbii qaz alıb.

  Biz Rusiya ilə ikitərəfli münasibətləri heç zaman digər ölkələrin tələb və inadına qurban verməyəcəyik. Cənab Putin və Rusiya xalqı ilə həmrəyliyimiz ölkələrimizə daha böyük layihələr gətirəcək, müjdələr verəcək".

  Tədbirdə V.Putin də öz növbəsində çıxış edərək dedi:

  “Rusya və Türkiyə enerji sahəsində əməkdaşlığını uzun illər ərzində çox uğurlu şəkildə həyata keçirdi.

  “Türk axını” çox əhəmiyyətli layihədir. Bu layihə Türkiyəni mühüm qaz mərkəzinə çevirəcək və mövqeyinə müsbət təsir edəcək".

  Çıxışlardan sonra “Türk axını” layihəsinin dəniz hissəsinə çəkiləcək son boru iki ölkə başçısının göstərişiylə endirildi.



Әlaqәli Xәbәrlәr