Mövlud Çavuşoğlu 19-20 noyabr tarixlərində ABŞ-da səfərdə olacaq

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterresin ev sahibliyində BMT Mərkəzində keçiriləcək Mədəniyyətlər İttifaqı 8-ci Qlobal Forumunda iştirak edəcək.

1089814
Mövlud Çavuşoğlu 19-20 noyabr tarixlərində ABŞ-da səfərdə olacaq

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 19-20 noyabr 2018-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarında səfərdə olacaq.
 
 Çavuşoğlu Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterresin ev sahibliyində BMT Mərkəzində keçiriləcək Mədəniyyətlər İttifaqı 8-ci Qlobal Forumunda iştirak edəcək.
 
 Mövlud Çavuşoğlu noyabrın 20-də Vaşinqtona  işgüzar səfər həyata keçirəcək.
 
 Xarici işlər Nazirliyindən məsələ ilə əlaqədar verilən məlumatda: "Xarici İşlər naziri Mövlud Çavuşoğlunun keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər və Suriya başda olmaqla, birgə gündəmdə olan regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur" deyilir.



Әlaqәli Xәbәrlәr