Fuad Oqtay İtaliyaya sәfәr edәcәk

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay ‘‘Liviya Konfransı’’da iştirak etmәk üçün sabah İtaliyaya sәfәr edәcәk.

1085640
Fuad Oqtay İtaliyaya sәfәr edәcәk

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay ‘‘Liviya Konfransı’’da iştirak etmәk üçün sabah İtaliyaya sәfәr edәcәk.

Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, Fuad Oqtay  İtaliyanın ev sahibliyindә keçirilәcәk ‘‘Liviya Konfransı’’da iştirak etmәk üçün 12-13 noyabr tarixlәrindә Palermoya sәfәr edәcәk.

Mәlumata әsasәn, Fuad Oqtay İtaliya Baş naziri Cuzeppe Konte tәrәfindәn  heyәt rәhbәrlәrinin şәrәfinә verilәn ziyafәtә qatılacaq.  Fuad Oqtayın çәrşәmbә axşamı günü keçirilәcәk iclasda iştirakçılara müraciәt edәcәyi bildirilib.

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtayın  konfransa qatılan ölkәlәrin heyәt rәhbәrlәri ilә ikitәrәfli görüşlәr keçirmәsi dә nәzәrdә tutulur.



Әlaqәli Xәbәrlәr