Bu gün Türkiyə Cümhuriyyətinin banisi- Mustafa Kamal Atatürkü yadetmə günüdür

Bu gün, 10 noyabrda Türkiyə Cümhuriyyəti Dövlətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkü aramızdan gedişinin ildönümündə bir daha sevgi və hörmətlə yad edirik.

1085113

Çanaqqala müharibəsi zamanı qazandığı uğurla diqqət çəkən Mustafa Kamal I Dünya Müharibəsi nəticəsində Osmanlı İmperatorluğunun məğlub sayılması və ölkə ərazilərinin qaliblər tərəfindən işğal edilməyə başlanması ilə Türk Millətinə liderlik edərək Qurtuluş Mübarizəsini apardı.
 
Bu mübarizənin uğurla nəticələnməsi ilə Lozanna Sülh müqaviləsi bağlandı və Türkiyə Cümhuriyyəti quruldu.

Mustafa Kamal Türkiyə Cümhuriyyətinin  ilk prezidenti oldu. 

Sonra Atatürk soyadını alan lider həyata keçirdiyi inqilabi dəyişiklərlə müasir bir cəmiyyətin formalaşmasına böyük töhfələr verdi. 

Bir daha Mustafa Kamal Atatürkü aramızdan gedişinin ildönümündə hörmətlə yad edirik.

Әlaqәli Xәbәrlәr