TRT pilotsuz uçuş aparatı ilə terroristləri görüntülədi

Türkiyə Radio Televiziya Şirkəti TRT, Suriyada Fərat Çayının şərqində, terror təşkilatı PKK / YPG-nin mövqelərini pilotsuz uçuş aparatı ilə görüntülədi

1082587
TRT pilotsuz uçuş aparatı ilə terroristləri görüntülədi

TRT xəbər kanalına çatdırılan videoda, Tel-Abyadın Bendirxan kəndi və ətrafındakı terroristlərin görüntüləri var.

Təsvirlər göstərir ki, terrorçular mövqeləri genişləndirmək üçün çalışırlar. Kəndin ətrafındakı təpələrdəki mövqelərdə, qazılan Tünellərin girişləri də görünür.

Qeyd edək ki, Bendirxan kəndi Tel Abyaddan 20 kilometr məsafədə, Suriya sərhədində yerləşir. Qarşısında isə Türkiyənin Şanlıurfa şəhərinin Akçakalə rayonuna bağlı Güencli kəndi var.



Әlaqәli Xәbәrlәr