M.Çavuşoğlu: “İranın tək qalması təhlükəli olar”

İranı tək qoymaq təhlükəli olar. Rəsmi tehran ilə razılaşmaq və dialoq yollarını axtarmaq hər kəsin mənfətinə olar. Bunu Xarici işlər naziri M. Çavuşoğlu Yaponiyanın paytaxtı Tokioda jurnalistlərə verdiyi açıqlamasında səsləndirib.

1082432
M.Çavuşoğlu: “İranın tək qalması təhlükəli olar”

Xarici işlər naziri Çavuşoğlu ABŞ-nın İrana istiqamətli sanksiyalarına işarə edərək : “İranı cəzalandırmaq ölkə xalqı üçün böyük haqsızlıqdır. Türkiyə prinsip olaraq sanksiya tətbiqinə müxalif olduğunu dəfələrlə səsləndirdi. Sanksiya tətbiqi ilə nəticə əldə ediləciyinə inanmırıq. Bunun əvəzinə dialoq yolu axtarmaq və razılaşmaq hər kəs üçün daha faydalı olar”-deyə Çavuşoğlu bildirib.

Xarici işlər naziri Tokioda baş tutan danışıqlarda terror təşkilatı FƏTÖ-nin bu ölkədəki fəaliyyətlərinin də gündəmə daxil edildiyini, mövzu ilə əlaqəli ətraflı araşdırma aparılmasının lazım gəldiyini rəsmilərə bildirdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr