R.T.Әrdoğan sәhiyyә sahәsindә aparılan islahatlardan danışıb

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan İstanbulda özәl mәktәblәrdәn birinin açılış mәrasimindә iştirak edib.

1081805
R.T.Әrdoğan sәhiyyә sahәsindә aparılan islahatlardan danışıb

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan İstanbulda özәl mәktәblәrdәn birinin açılış mәrasimindә iştirak edib.

Mәrasimdә açılış nitqi ilә çıxış edәn Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan bәzi dairәlәrin Türkiyәnin irәlilәmәsini istәmәdiyini bildirib. Rәcәb Tayyib Әrdoğan bu dairәlәrin Türkiyәnin inkişafını dayandırmaq üçün müxtәlif oyunlar oynadığını vurğulayıb.

Oynanan oyunlara baxmayaraq inkişafın davam etdiyini bildirәn Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan dünyadaki mәzlumlara yardım әli uzatdıqlarını deyib.

Rәcәb Tayyib Әrdoğan Türkiyәnin humanitar yardım mәsәlәsindә dünyada birinci yerdә olduğunu, Amerika Birlәşmiş Ştatlarının isә ikinci yerdә olduğunu qeyd edib.

Son illәrdә sәhiyyә sahәsindә aparılan islahatlara da toxunan Rәcәb Tayyib Әrdoğan: ‘‘Bütün vәtәndaşlarını ümumi sәhiyyә siğortası ilә tәmin edәn yeganә ölkә Türkiyәdir. Buna ABŞ da daxildir. Onlar hәlә dә sәhiyyә sahәsindә islahatlar apara bilmәyiblәr’’ deyә vurğulayıb.

Türkiyənin birlik və bərabərlik içində fərqli bir səviyyəyə yüksәlәcәyini ifadə edən Ərdoğan:  "Yeni Türkiyə,  ozü ilә  birlikdə bölgəsindəki hər kəs üçün yeni  dünyanın qapısını açacaqdır" - deyib.



Әlaqәli Xәbәrlәr