Nizamsız miqrasiya ilә mübarizә davam etdirilir

Hatay şәhәrinin  Altınözü qәsәbәsindә  Suriyadan Türkiyә әrazisinә qeyri-qanuni yollarla daxil olmağa çalışan 33 nizamsız miqrant saxlanılıb.

1082004
Nizamsız miqrasiya ilә mübarizә davam etdirilir

Hatay şәhәrinin  Altınözü qәsәbәsindә  Suriyadan Türkiyә әrazisinә qeyri-qanuni yollarla daxil olmağa çalışan 33 nizamsız miqrant saxlanılıb.

Tәhlükәsizlik qüvvәlәri Altınözü qәsәbәsindә Türkiyә әrazisinә qeyri-qanuni yollarla daxil olmağa çalışan bir qrup miqrant tәsbit edib.

Saxlanılan vә suriyalı olduqları müәyyәn edilәn nizamsız miqrantlar jandarm qüvvәlәrinә tәhvil verilib.

Çanaqqalanın Ayvacık qәsәbәsindә isә qeyri-qanuni yollarla Yunanıstanın Lesbos adasına keçmәyә çalışan 29 nizamsız miqrant saxlanılıb.

Qeyri-qanuni keçidlәrin qarşısını almaq üçün әmәliyyatlar keçirәn sahil mühafizә dәstәlәri Yasıl liman sahillәrindә  әmәliyyatlar keçirib.

Kadırqa Burnu sahillәrindә keçirilәn әmәliyyatlar zamanı Lesbos adasına keçmәyә çalışan aralarında qadın vә uşaqların da olduğu 29 qaçqın tutulub.

Küçükküyudakı sahil mühafizә bölmәsinә aparılan qaçqınlar әmәliyyatlardan sonra  Ayvacık Miqrasiya İdarәsinә tәhvil veriliblәr.

Edirnәnin İpsala qәsәbәsindә isә qeyri-qanuni yollarla xaricә getmәyә çalışan 24 miqrant saxlanılıb.

Saxlanılan miqrantlardan 17 Pakistan, 7-si isә Banqladeş vәtәndaşı olub.

Qeyd edәk ki, miqrantlar keçirilәn әmәliyyatlardan sonra Tekirdağ Miqrasiya İdarәsinә tәhvil veriliblәr.

Muğlanın Bodrum rayonunda isә qeyri-qanuni yollarla Yunanıstana keçmәyә çalışan  21 nizamsız miqrant tutulub.

Sahil mühafizә dәstәlәri Karqı adası sahillәrindә içindә qadın vә uşaqların da olduğu qayıq tәsbit edib.

Saxlanılan miqrantlar Somali, Fәlәstin vә Suriya vәtәndaşı olublar. Tutulan  miqrantlar daha sonra Miqrasiya İdarәsinә tәhvil veriliblәr.



Әlaqәli Xәbәrlәr