"Türkiyə ilə Qətər arasındakı əlaqələr hər sahədə mükəmməl səviyyədədir", M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərin Baş nazir müavini və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ilə heyətlər arasında keçirilə görüşdə iştirak edib.

1080079
"Türkiyə ilə Qətər arasındakı əlaqələr hər sahədə mükəmməl səviyyədədir", M.Çavuşoğlu

Türkiyə ilə Qətər arasındakı əlaqələr hər sahədə mükəmməl səviyyədədir.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohadakı görüşləri zamanı deyib.

Çavuşoğlu bu ölkənin Baş nazir müavini və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ilə heyətlər arasında keçirdiyi görüşdə Qətərə səfərindən duyduğu məmnuniyyəti dilə gətirərək deyib ki, Qətərin müxtəlif sahələrdə öz-özünə kifayət edə bilməsi üçün iqtisadiyyatını gücləndirdiyini müşahidə etdik. Bu da bizi sevindirdi.

Dohada keçirilən Ali Strateji Komitə yığıncaqlarına toxunan Çavuşoğlu “Hələ atılmalı addımlarımız, çatacağımız hədəflərimiz var” deyib.

Bu çərçivədə iki ölkədən mütəxəssislərin daha əvvəl oktyabrın əvvəlində Ankarada bir araya gələrək danışıqlar keçirdiklərini xatırladan Mövlud Çavuşoğlu bu səfəri zamanı da Ali Strateji Komitənin növbəti yığıncağının hazırlıqlarını tamamlayacaqlarını vurğulayıb və bu prosesdə yeni sazişlər imzalanacağını dilə gətirib.

Qətərin Xarici İşlər naziri Al Sani isə, iki dost ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək istədiklərini ifadə edərək, Türkiyə-Qətər əlaqələrinin bu səviyyəyə çatmasında iki ölkə liderlərinin oynadığı rola diqqət çəkib.

“Bölgənin qarşı-qarşıya olduğu vəziyyət iki dost ölkə arasındakı köklü olan bu münasibətlərin qorunması və daha da inkişaf etməsini vacib hala gətirir” deyən Al Sani Ali Strateji Komitə yığıncaqlarının iki ölkə arasındakı siyasi, iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın güclənməsinə töhfə verdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr